Bakıda ata qızının boğazına kimyəvi maddə (“kislota”) töküb. Bu haqda 27 sentyabr tarixində Bakuplus.az Sputnik.az-a istinadən xəbər verir.
Ötən gün 36 yaşlı Yeganə Əhmədovanın atası ailə münaqişəsi zəminində ilk öncə onun ağzına, daha sonra isə üzünə yeyici turşu töküb.
Qadın Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Zərərçəkənin vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.
Əhmədova üz və ağzından ağır yanıq xəsarətləri alıb. Həmçinin onun səs telləri zədələnib.