Bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata əsasən, avqustun 31-də Bakı şəhər sakini E.İmamquliyevin bank hesabından 725 manatı oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.