Bakıda Əməkdar rəssama qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İttihamçı Ələddin Atakişiyevə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib. Həmçinin zərərçəkmişlər onlara dəymiş ziyanın ödənilməsini istəyiblər.
Əməkdar rəssam Yelen Haqverdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış alması üçün dövlət qurumlarındakı sənədləşmə işlərinin həll olunması üçün Ələddin Atakişiyevə 15.000 AZN verib.
Dələduz eyni əməli daha 6 nəfərə qarşı törədib.
Məhkəmə 3 noyabr tarixində davam edəcək.