Bakıda gənc oğlan mağazanın məhsulunu obyektin özünə satıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Dələduz, oyuncaq mağazasına daxil olaraq satıcı görmədən vitrindən 25 AZN qiyməti olan məhsulu götürür və kassaya yaxınlaşır. O, malı 1 həftə əvvəl buradan aldığını və geri qaytarmaq istədiyini bildirib.
Mağaza sahibi dələduzun səmimi danışığını da qeyd edib. O, kassirlə danışan zaman “alınmırsa canınız sağ olsun” kimi ifadə işlədib.
Hadisə anı mağazanın təhlükəsizlik kameralarına düşüb.