Narkotacir qadınlara hökm oxunub. Bu haqda 2 sentyabr tarixində APA məlumat verib.
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Mahirə Cavadova və Aygün Həmidovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Onlar Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunublar. Mahirə Cavadova 9 il, Aygün Həmidova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Mahirə Cavadova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan əcnəbi vətəndaşdan aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyi üçün 3 avqust 2021-ci ildə saxlanılmışdır.