Bakıda klinikadan oğurluq edilib. Bu haqda 2 sentyabr tarixində Oxu.az məlumat verib.
Paytaxtda yerləşən estetik klinikaların birində naməlum şəxs həkimlərdən birinin otağına girərək onun pulqabısında olan pulu götürüb və otaqdan çıxıb.
Oğurluq hadisəsi təhlükəsizlik kamerasına düşüb. Oğrunun şəxsiyyətinin müəyyən olunması istiqamətində araşdırma aparılır.