Bakıda qızı narahat edən oğlan saxlanılıb. Bu haqda 6 oktyabr tarixində Qafqazinfo məlumat verib.
Metronun “20 Yanvar” stansiyasının yaxınlığında Ə.Abdullayeva ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq gənc oğlanın onu şəhər ərazisində təqib etdiyini və narahatlığına səbəb olduğunu bildirib. Polislər həmin şəxsə xəbərdarlıq edəndən sonra gənc qız Sumqayıt avtobusuna minib, az sonra isə həmin oğlan avtobusa daxil olub. Bunu görən qız qışqıraraq oğlandan avtobusu tərk etməsini tələb edib. Polis əməkdaşları yaxınlaşaraq həmin şəxsdən digər avtobusa minməsini xahiş ediblər, lakin o, münaqişə yaradaraq etiraz edib.
30 yaşlı kişi avtobusdan düşürülüb və onun barəsində protokol tərtib edilib. O, 150 manat cərimə edilərək sərbəst buraxılıb.