Bakıda usta köməkçisinin telefonunu oğurlayan şəxs kameralara yaxalanıb. Bu haqda BakuPlus.az Avtosfer-ə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
Bakıda oğurluq hadisəsi anbaan obyektdə quraşdırılmış kameraya qeyd olunub.
Paytaxt ərazisində yerləşən avtomobil təmiri sexlərindən birinə daxil olan şəxs masanın üzərindəki telefonu gördükdən sonra onu götürüb və oradan uzaqlaşıb.
Telefonun sahibi həmin sexdə çalışan ustalardan birinin köməkçisi olub.
Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.