Bakıda dələduzluq edərək külli miqdarda pul mənimsəyən şəxsin məhkəməsi başlayır. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Fəxrəddin Cavanşirovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxs bəzi vətəndaşların Baş Prokurorluğun İstintaq İdarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqı aparılan qohumlarının işlərinə xitam verilməsi üçün müxtəlif adamlardan ümumilikdə 165.000 AZN pul mənimsəyib.
Fəxrəddin Cavanşirovun işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Ümumi ziyanın yarım milyon AZN-dən çox olduğu bildirilir.