Bakıda məktəblilərə narkotik satan qadına hökm oxunub. Bu haqda 23 sentyabr tarixində Report məlumat verib.
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Göyçək Əliməmmədovaya hökm oxunub və o, 6 il müddətinə azadlıqdan mərhum edilib.
Belə ki, Əliməmmədova ötən il noyabrın 27-də paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta məktəblərin yaxınlığında yetkinlik yaşına çatmayan şəxslərə narkotik vasitə satmaqda şübhəli bilinərək saxlanılmışdır.
Onun barəsində CM-in “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” və “Külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” maddələri ilə ittiham elan olunub.