Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Dolma” restoranında bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində Qafqazinfo.az məlumat verib.
Gürcüstan vətəndaşı, 31 yaşlı Rafiq Abdullayev qəflətən ölüb. Onun restoranda təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.