Bakı şəhər Baş Polis İdarəsinin sabiq Maliyyə rəisini Sumqayıtda avtomobil vurub. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Sumqayıt24-ə istinadən xəbər verir.
Çingiz Alxasov yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən zaman onu “Chevrolet” markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Polkovnik Çingiz Alxasov “FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.