Bakı-Ələt-Astara yolunun 70-ci kilometrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Oxu.az məlumat verib.
Bakı istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı avtobus təhlükəsiz məsafəyə riayət etmədiyi üçün qarşıda hərəkətdə olan eyni markalı minik avtomobili ilə toqquşub. Nəticədə həmin “Mercedes” avtomobili zərbənin gücündən özündən öndə hərəkətdə olan “MAN” markalı yük avtomobilinə çarpılıb.
Zəncirvari qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.