Bakı metrosunda oğurluqla məşğul olan paytaxt sakini polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 28 sentyabr tarixində xəbər verir.
Metropolitendə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının mobil telefonlarını ciblərindən, Şəki rayon sakini E.Əhmədlinin mobil telefonununu isə soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb.
O, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşdur.
Araşdırma aparılır.