Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu, Muğan kəndi ərazisindən keçən hissəsində avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Elşən Əmiraslanovun idarə etdiyi “Prius” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman yoldan çıxıb və aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
E.Əmiraslanov Qaradağ Rayon Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin eksperti vəzifəsində çalışıb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_75946" align="alignnone" width="896"]
Foto Apa.az saytı[/caption]