Ələt-Astara yolunda yerləşən postda 14 oktyabr tarixində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları “Mercedes” markalı avtomobili narkotik vasitənin təsiri altında idarə edən Bakı sakinini saxlayıblar. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitə qəbul etməsi müəyyən edilib.
Onun barəsində protokol tərtib edilib. Masallı rayon məhkəməsinin qərarı ilə Məmmədov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.