Bakı sakini Cəlilabad rayonu ərazisində qəzaya uğrayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Sentyabrın 9-da saat 01:00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində Masallı rayon sakini M.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub.
Nəticədə M.Talıbovun həyat yoldaşı Zümrüd hadisə yerində ölüb, özü və gəlini isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.