Kürdəmir rayonunda Bakı şəhər sakininin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.
Sentyabrın 11-də saat 20:00 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində paytaxt sakini Rauf Bəkirovun idarə etdiyi “Hyundai”, kənd sakini Q.Şükürovun sükanı arxasında olduğu “Ford” markalı avtomobillər və kənd sakini H.Zülfüqarovun idarə etdiyi “TR-045” markalı traktor toqquşub.
Nəticədə R.Bəkirov hadisə yerində ölüb.
R.Bəkirov “Binə Agro” şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.
Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.