Xırdalan şəhərindən Bakı sakininin avtomobilini qaçırdan şəxs saxlanılıb. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Daxili İçlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron Rayon Polis İdarəsinə oktyabrın 5-də Xırdalan şəhəri ərazisindən Bakı şəhər sakini A.Böyükkişiyevə məxsus “Daewoo Gentra” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov saxlanılıb.
Araşdırma aparılır.