Hacıqabul rayonu ərazisində yerləşən polis postunda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sentyabrın 24-də saat 16:00 radələrində “Khazar” markalı avtomobili saxlayıblar. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Baxış zamanı Bakı şəhər sakini Qulam Məmmədovun narkotik vasitənin təsiri altında olması ilə yanaşı, etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə avtomobili idarə etdiyi məlum olub.
Polis əməkdaşları tərəfindən avtomobildən marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin kastet, bıçaq və dəmir dəyənək aşkar edilərək götürülüb.
Faktla bağlı protokol tərtib edilərək Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.