Paytaxt sakinləri Göyçay rayonunda narkotik alverinə görə tutulublar. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlının üzərində 1 kiloqramdan artıq heroin və tiryək, eləcə də 300 ədəd tramadol aşkarlanıb.
Onlar xaricdən qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin daşınması ilə məşğul olurdular və Göyçay rayonundan Bakıya narkotik gətirdikləri zaman iş başında saxlanılıblar.
Araşdırmalar davam edir.