Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
Azadlıq prospektində hərəkətdə olan “Ford” markalı maşının sürücüsü eyni istqamətdə olan “Mercedes” markalı avtomobilə çarpılıb. Zərbənin təsirindən “Mercedes” idarəetmədən çıxaraq ağaca çarpılıb, daha sonra isə mağazaya dəyərək dayanıb.
Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. “Ford” markalı avtomobilin sürücü və sərnişini xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_76093" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]