“BakuBus” MMC-yə məxsus 175 nömrəli sərnişin avtobusunda iki qadın arasında mübahisə yaranıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Baku.ws məlumat verib.
Sərnişinlərdən biri sürücüdən kondisioneri işə salmasını istəyib. Sürücü kondisioneri yandıra bilməyəcəyini dedikdən sonra sərnişin öz iradını bildirib.
Digər sərnişin kondisioneri işə salmağa tələb edən qadına öz narazılığını bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb.