Bakı sakinini qarət edən şəxs saxlanılıb. Bu haqda 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bakı şəhər sakini C.Qurbanovun bank hesabından 438 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.