Bank kartlarından pul oğurlayan dələduz tutulub. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
20 yaşlı Surət Əliyev məhsul satan müxtəlif şəxsləri ödəniş etmək adı ilə xüsusi linklərə yönləndirib, daha sonra kart məlumatlarını alaraq içərisindəki pulları çəkib.
Onun barəsində arşadırmalar davam edir.