Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" telefonları aşkar ediblər. Bu haqda 26 sentyabr tarixində Report məlumat verib.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonun ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, Doha-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının çamadanından 40 ədəd, Azərbaycan vətəndaşının çamadanından isə 41 ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “iPhone” markalı mobil telefonlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma davam edir.
[caption id="attachment_71490" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]