Daha bir gənc intihar edərək həyatına qıyıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 21 sentyabr tarixində xəbər verir.
Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində yaşayan 18 yaşlı Mətanət Səfərli beşinci mərtəbədən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, Binəqədi rayonu, 9-cu mikrorayonda 18 yaşlı qız pəncərələri silərkən yıxılaraq dünyasını dəyişmişdir.