Hövsan qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub. Bu haqda 10 oktyabr tarixində APA məlumat verib.
Belə ki, ötən gün Bakıxanov qəsəbəsində avtomobillə yolun kənarında dayanmış, tikintidə fəhlə işləyən Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları Hövsan qəsəbəsinə aparmalarını xahiş ediblər. Ünvana çatanda isə sürücü ilə sərnişinlər arasında dava baş verib və sərnişinlərdən biri 28 yaşlı sürücünün boğazını kəsərək onu qətlə yetirib.
Qətldən sonra isə həmin şəxslər avtomobili götürərək qaçıblar. Mərhumun bir azyaşlı övladı var.