Qanunsuz ovla məşğul olan 2 paytaxt sakini saxlanılıb. Bu haqda 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində oktyabrın 9-da Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün polis tərəfindən saxlanılıblar. Onlarda müvafiq sənədləri olan 2 ədəd “BA312” və “Huğlu” markalı ov tüfəngləri, 1 ədəd “Kral Puncher” markalı tir tüfəngi, 97 ədəd patron, 2 qutu tir patronları, 2 ədəd patrondaş, digər ov ləvazimatları və 8 ədəd ovlanmış çöl ördəyi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.