Bakı Hava Limanında 3 əcnəbi saxlanılıb. Bu haqda 27 sentyabr tarixində Qafqazinfo.az məlumat verib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 26 yaşlı Patira Dinuka Nişantanın şikayəti əsasında 3 Şri-Lanka vətəndaşı ölkədən çıxmaq istəyərkən saxlanılıb.
Belə ki, sentyabrın 21-də gecə saat 23:00 radələrində Şri-Lanka vətəndaşları: 42 yaşlı Ratnayake Nuvan, 22 yaşlı Sedara Munasinge və 30 yaşlı Dineş Gitakarige D.Patiranı Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış massivindəki evdə döyüblər. Onlar həmin şəxsin 3 min dollarını, içində 1400 dollar olan kartını, 1 milyon rupi olan digər kartını və dəyəri 2 min dollar olan mobil telefonunu götürərək uzaqlaşıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.