Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 avqustda Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq çevrilib. Nəticədə sürücü avtomobilin içində sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Təfərrüatlar araşdırılır.