Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı paytaxt sakinləri saxlanılıblar. Bu haqda BakuPlus.az Kriminalqafqaz-a istinadən bu gün, 25 avqust tarixində xəbər verir.
Bakı şəhər sakinləri Elvin İsmayılov və Nicat Hüseynovun üzərinə baxış keçirilən zaman 3 kiloqrama yaxın marixuana, 500 qram psixotrop maddə metamfetamin və 558,6 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.