Paytaxtın Nərimanov rayon Polis İdarəsində məhkum ölüb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər narkotik üstündə 4 dəfə məhkum olunmuş 37 yaşlı Elşad Seyidov polis idarəsinin saxlanma məntəqəsində dünyasını dəyişib. O, dələduzluq üstündə 30 sutka həbs cəzası almışdır.
Faktla bağlı tibbi eskpertiza keçirilir.