Bakıda yolların birində arxa bamperi qoparaq asfaltla sürünən avtomobilin hərəkətdə olduğu görüntülənib. Bu haqda 28 avqust tarixində Oxu.az məlumat verib.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan görünür ki, yoldan keçən avtomobil sürücüləri problemi avtomobil sahibinə bildirməyə çalışsalar da, sonuncu bütün siqnallara məhəl qoymayaraq hərəkətə davam edib.