Bakı metrosunda eskalator dayanıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Bu gün səhər saatlarında metronun “Sahil” stansiyasında eskalator qəfil dayanıb. Nəticədə sərnişinlər müvazinətlərini itirərək yıxılıblar. Onların arasında xəsarət alanlar var.
Qurumdan bildirilib ki, eskalator sərnişin müdaxiləsi nəticəsində dayanıb. Hazırda faktla bağlı araşdırma aparılır.