Naxçıvan-Bakı reysində nasazlıq yaranıb. Bu haqda BakuPlus.az “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinə istinadən bu gün, 24 oktyabr tarixində xəbər verir.
“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.
Təyyarə yerli vaxtla saat 20:01-də ştat rejimində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına uğurla eniş edib.