Bakı şəhər sakini Neftçalada baş vermiş yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Report məlumat verib.
Neftçalanın İkinci Qaralı kəndində minik avtomobili anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb. Naticədə Bakının Sabunçu rayon sakini, 31 yaşlı Rüfət İbrahimov, Masallı rayonunun Təklə kənd sakinləri: 61 yaşlı Nadir Həsənov və 39 yaşlı Camaləddin Abışov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər üç nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirib. Faktla bağlı araşdırma aparılır.