Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Əks-istiqamətdə hərəkət edən “Mercedes Gelandewagen” markalı minik avtomobili ilə “Ford” markalı mikroavtobus toqquşub. Bildirilir ki, hadisə baş verdikdən sonra “Mercedes”-in sürücüsü dövlət nömrə nişanını gizlədib.
Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.