Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxsin cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. Bu haqda Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək aldatma yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş Tural Abasov barəsində materiallar cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Tural Abasov ayrı-ayrı vətəndaşlara özünü prokurorluq orqanının əməkdaşı kimi təqdim etməklə, guya dövlət qurumlarının yuxarı vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş yaxınlarının azadlığa buraxılması və başqa qanunsuz əməllərinə görə ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirib.