Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 31 avqust tarixində Report məlumat verib.
Avqustun 22-də Qobustan rayonu, Xilmilli kənd sakini, 51 yaşlı Sitarə Orucova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, qadın dünən, 30 avqust tarixində dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.