Sumqayıt-Bakı qatarında yenə sərnişinin halı pisləşib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Vaqonlardakı sıxlıq səbəbindən 20-25 yaşlarında olan gənc huşunu itirib. Sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi qatarın biznes hissəsinə köçürülüb. Daha sonra huşunu itirmiş şəxsə yardım göstərilib. Bir müddət sonra həmin vaqonda daha 1 nəfərin halı pisləşib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib.
Daha öncə, 6 oktyabr tarixində 1 nəfərin halı pisləşmişdir. Daha sonra sərnişinlər stansiya rəisinə sıxlıqla bağlı etiraz etmişlər. Bundan sonra Azərbaycan Dəmir Yolları xəttə əlavə qatarlar buraxmışdır.