Bakı sakini piyadanı öldürüb. Bu haqda 17 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Oktyabrın 17-də saat 01:00 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mirizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Elnur Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.