Azərbaycan Tibb Universitetinin tələbəsi intihar edib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Gencexeber.az-a istinadən məlumat verir.
Tibb müəssisəsinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi, 19 yaşlı Əli Quliyev Gəncə şəhərində yaşadığı evdə özünü asıb. Bildirilir ki, gənc oğlanın xarici görünüşünə görə kompleksi var idi.
Belə ki, o, qulaqlarından narazı olub. 1 dəfə estetik əməliyyat etdirən gənc nəticədən qane olmadığından 2-ci dəfə əməliyyat etdirmək istəyib, ancaq həkimlər buna razı olmayıb.
Faktla bağlı araşdırma aparılır.