Ucar rayonunda paytaxt sakini olan oğru saxlanılıb. Bu haqda 27 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ucar rayonunda evlərin birindən 4000 manat pul və 960 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Teyyubov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.