Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şəhriyar Rəhimov dünyasını dəyişib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Bildirilir ki, hadisə sentyabrın 17-si baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Şəhriyar uzun müddətdir ki, mübarizə apardığı ağır xəstəlikdən 25 yaşında vəfat edib.
Laçın rayonu Korcabulaq kəndindən olan gənc fəal Şəhriyar Rəhimov “Laçın” və "Lachin_blog" instagram səhifələrinin yaradıcısı və idarəçisi idi.