Paytaxtın Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 23/19 ünvanında 16 mərtəbəli binanın lifti qırılaraq yerə çarpılıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Sakinlər lifti 1-ci mərtəbəyə çağıran zaman naqillər qırılıb və lift zirzəmiyə düşüb. Liftin içərisində heç kim olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.
[caption id="attachment_68735" align="alignnone" width="1024"]
Foto BakuPlus.az[/caption]