“Zerkalnı Əliyar” ləqəbli şəxs növbəti dəfə qanunu pozub. Bu haqda 10 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Törətdiyi qayda pozuntularına görə sosial şəbəkələrdə “Zerikalnı Əliyar” kimi tanınan 77 yaşlı Əliyar Dadaşov yenə qayda pozuntusu ilə gündəmə gəlib. Bu dəfə sürücü avtomobili sıxlıq olan yolda saxlayaraq yuxulayıb. Bir müddət sonra isə ətrafdakı avtomobillərin siqnallarından sonra oyanaraq yoluna davam edib.
10-MM-100 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil bundan əvvəl də qaydaları dəfələrlə pozub.