Uzun müddətdir ki, paytaxtda kobud qayda pozuntuları edən, "Zerkalnı" Əliyar adı ilə tanınan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Avtosfer-ə istinadən bu gün, 16 sentyabr tarixində xəbər verir.
77 yaşlı Əliyar Dadaşov Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib.
Sürücü barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Əliyar Dadaşov yaş həddi nəzərə alınmaqla 600 manat cərimə edilib.
Onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.