top
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
10 avqust 2026, 14:54
- +

AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycan Hava Yolları(AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir.

Bu barədə Bakuplus.az-a AZAL-dan məlumat verilib. 

"Bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə səbəb olur. Nəticədə bəzi tarixlər üzrə reyslərdə yerlər daha qısa müddətdə dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə həm uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaradır, həm də səfərlərini daha rahat təşkil etməyə kömək edir.

Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys (gediş-gəliş olmaqla) həyata keçirilir. Həmçinin Azərbaycanın milli aviadaşıyıcısı sərnişin tələbatını davamlı olaraq təhlil edir və əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir.

Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür", - məlumatda deyilir.

Son xəbərlər

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Oxşar xəbərlər