top
Azərbaycanda ilin ən tozlu dövrü: Daha çox paytaxt zərbə altındadır – SƏBƏBLƏR
25 avqust 2025, 15:20
- ↺ +

Azərbaycanda ilin ən tozlu dövrü: Daha çox paytaxt "zərbə" altındadır – SƏBƏBLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu gün Bakı və Abşeron yarımadasında müşahidə olunan tozlu havanın səbəbi Orta Asiyadakı Qaraqum və Qızılqum səhralarından gələn toz burulğanlarıdır".

Bunu teleqraf-az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, həmin ərazi uzunmüddətli quraq və küləkli hava ilə əhatə olunub deyə çox iri toz burulğanları əmələ gəlib: "Bu toz burulğanları da Xəzər dənizini keçməklə Azərbaycanın şərq və cənub ərazilərinə daxil olub. Yəni Bakı və ondan cənubda yerləşən - Qaradağ, Ələt, Salyan, bir az da Biləsuvarda tozlanma müşahidə olunmaqdadır. İndiki halda tozun miqdarı normadan 1.5 dəfə artıqdır".

O bildirib ki, tozlu hava gün ərzində müşahidə olunacaq.

Bakıda tez-tez tozlu havanın müşahidə olunmasını yerli amillərlə əlaqələndirənlər də az deyil. Ekspert bildirib ki, yerli faktorlar - avtomobillərin hərəkəti, Abşeron yarımadasının quraqlığı da öz təsirini daim saxlayır:

"Əlbəttə, yerli faktorlardan dolayı Bakıda da toz var. Amma onlar havanın bu həddə tozlanmasına gətirib çıxarmır".

Azərbaycanda tozlu hava daha çox hansı aylarda müşahidə olunur?

Ekspertin sözlərinə görə, indi həm regionumuzda, həm ölkəmizdə ilin ən tozlu dövrüdür:

"Bu da normaldır, çünki uzun müddətdir ki, Bakıda, hətta dağlıq rayonlarımızda belə yağış yağmır. Yağış yağanda havanın tozluluğu kəskin azalır, hava təmizlənir. Ümid edirik ki, yaxın vaxtlarda yağış yağacaq və havanın tozluluğu azalacaq.

Məndə olan məlumata görə, hazırda Yaxın Şərq ölkələrində çox ekstremal tozlu hava müşahidə olunur".

İqlim dəyişmələri tozlu havanın artmasına səbəb olurmu?

Rövşən Abbasov qeyd edib ki, temperaturun istiləşməsi, yağıntıların azalması, quraq dövrlərin çoxalması nəticəsində iqlim dəyişmələri havanın tozlanmasına ciddi təsir göstərir:

"Hazırda bizim regionda Azərbaycan da daxil olmaqla Yaxın Şərq və Orta Asiyada ilin ən quraq dövrüdür. Uzun müddətdir ki, yağıntılar yoxdur, tropiklərdə hava çox quru və küləklidir. İqlim dəyişkənliyi havanın tozluğuna təsir göstərir. Çünki bu regionlarda çox yüksək quraqlıqlar, istilik stresləri müşahidə olunur. Bu isə bitki örtüyünə ciddi təsir edir, torpağın deqradasiyasına gətirib çıxarır. Beləliklə, toz mənbələri artır. Əvvəllər kol-kos bitən səhralar indi tamamilə səhralaşmaya məruz qalıb. Bu ərazilərdə bitki örtüyü demək olar ki, sıradan çıxıb".

Tozlu havanın qarşısını almaq mümkündürmü?

Ekspertin sözlərinə görə, səhralıq ərazilərdə bu, demək olar ki, mümkün deyil:

"Bizə belə hava kütlələri Xəzər dənizinin üstündən Orta Asiyadan gəlir. Fikirlər var ki, səhralıq ərazilərdə yaşıllaşdırma işləri aparılsa, qismən bunun qarşısını almaq mümkündür. Amma bundan ötrü milyardlarla investisiya cəlb olunmalıdır.

Dövlət siyasəti çərçivəsində 2030-cu ilə qədər Azərbaycanda istixana qazlarının həcminin 35 faiz azaldılması hədəflənir. Bu proqramla həyata keçirilən tədbirlər həm də tozun qarşısının alınmasına xidmət edəcək. Amma bu yerli amillərlə aiddir, bunun transsərhəd xarakterli axınlara heç bir aidiyyəti yoxdur".

Tozlu hava sağlamlığa necə təsir edir?

Həkim-allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, bronxial patologiyası, allergiyası olan insanlar tozlanmanın müxtəlif təsirlərinə məruz qalır, bu da hər hansı xroniki xəstəliyin kəskinləşməsinə gətirib çıxarır:

"Tozlu hava ürək-damar xəstəliklərinin də aktivləşməsinə, yaxud kəskinləşməsinə səbəb olur. Bu cür xəstələr tozlu havanın mənfi təsirlərini önləmək üçün maskalardan istifadə etməlidirlər".

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Oxşar xəbərlər